- Offside
- 13:25 24.11.2024
Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
90deqiqe.az xəbər verir ki, fevralın 5-11-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
Alpinizm üzrə Rasim Cəfərovun xatirəsinə həsr olunmuş “Azərbaycan dağçısı” modulu - 22 yanvar - 22 mart (Bakı);
100 xanalı dama üzrə kişilər və qadınlar arasında ölkə çempionatı – 1-13 fevral (Bakı);
MMA, qraplinq, pankration üzrə uşaqlar və yeniyetmələr arasında Bakı birinciliyi - 3-4 fevral (Bakı, Hövsan);
Badminton üzrə "Azerbaijan İnternational 2024" yarışı - 8-11 fevral (Bakı);
Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı - 9-11 fevral (Bakı);
Atletika üzrə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi - 9-10 fevral (Bakı);
Solo kapoeyra üzrə açıq Bakı turniri - 9–10 fevral (Bakı);
Şahmat üzrə qadınlar arasında ölkə çempionatı - 10-20 fevral (Bakı);
Bilyard idmanının qarışıq piramida növü üzrə ölkə çempionatı - 10-12 fevral (Bakı);
Qraplinq üzrə şəhidlərin xatirəsinə həsr olunmuş turnir - 10-11 fevral (Bakı);
Kunq-fu üzrə Xocalı soyqırımına həsr olunmuş açıq turnir - 11 fevral (Bakı, Şəmkir).