27 iyul 2024. Şənbə

Haaland bəyəndiyi idmançının adını açıqlayıb

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland sevdiyi idmançının adını açıqlayıb.


  • Offside
  • 20:42 06.02.2024
  • Oxunma sayı: 97
Haaland bəyəndiyi idmançının adını açıqlayıb

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland sevdiyi idmançının adını açıqlayıb.

90deqiqe.az xəbər verir ki, norveçli futbolçu bunun “Böyük Dəbilqə”nin 24 qat qalibi, dünyanın birinci raketkəsi, 36 yaşlı serb tennisçi Novak Cokoviç olduğunu bildirib.

“Mən Cokoviçi bəyənirəm.Düşünürəm ki, o, yaxşıdır. Özü olaraq qalır və əldə etdikləri də heyrətamizdir. Buna görə də futboldan kənarda ən yaxşı idmançını adını soruşsanız, Cokoviçin adını çəkəcəm”, - deyə "Mançester Siti"nin rəsmi YouTube kanalı Haalanddan sitat gətirir.

Xatırladaq ki, Cokoviç “Australian Open 2024”də titulunu qoruya bilməyib.O, gələcək çempion italiyalı Yannik Sinnerə uduzub. Serb tennisçinin çıxış edəcəyi növbəti turnir Indian Wellsdə (ABŞ) “Masters” turniri olacaq. Müsabiqə martın 6-dan 17-dək keçiriləcək.







Offside