5 may 2026. Çərşənbə axşamı

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvləri növbədənkənar prezident seçkilərində səs veriblər.


  • Offside
  • 16:29 07.02.2024
  • Oxunma sayı: 213
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvləri növbədənkənar prezident seçkilərində səs veriblər.

90deqiqe.az xəbər verir ki,  Qazaxıstanda təlim-məşq toplanışında olan yığma səsvermə hüququndan yararlanıb.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Qeyd edək ki, prezident seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. 

 







Offside