21 dekabr 2025. Bazar günü

"İnter Mayami" "Vissel Kobe"yə də uduzdu


  • Offside
  • 17:06 07.02.2024
  • Oxunma sayı: 174
"İnter Mayami" "Vissel Kobe"yə də uduzdu

"İnter Mayami" Tokioda baş tutan yoldaşlıq görüşündə Yaponiyanın "Vissel Kobe" klubu ilə qarşılaşıb.

90deqiqe.az xəbər verir ki, maraqlı keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 0:0. Penaltilər seriyasında isə "Vissel Kobe"nin futbolçuları daha dəqiq olaraq qələbə qazanıb - 4:3.

"İnter"in lideri Lionel Messi 60-cı dəqiqədə meydana çıxıb.Komadanın digər hücumçusu Luis Suares isə  start heyətdə meydana çıxıb  və 75-ci dəqiqədə əvəzlənib.

"İnter Mayami"nin növbəti yoldaşlıq oyunu argentinalı "Nyuells Old Boyz" olacaq.

Xatırladaq ki, mövsümöncəsi oyunların birində “İnter Mayami” Səudiyyə Ərəbistanının “Əl-Nasr” komandasına 0:6 hesabı ilə uduzmuşdu. Kriştiano Ronaldo zədə səbəbindən bu oyunda iştirak etməyib.







Offside