17 dekabr 2025. Çərşənbə

Daha bir taekvondoçumuz BƏƏ-də medal qazandı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.


  • Offside
  • 19:17 07.02.2024
  • Oxunma sayı: 157
Daha bir taekvondoçumuz BƏƏ-də medal qazandı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.

Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan BƏƏ-də böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.







Offside