27 iyul 2024. Şənbə

Benzema məşqi yarımçıq tərk etdi

"Əl İttihad"ın fransalı hücumçu Kərim Benzema komandasının məşqini tərk edib.


  • Offside
  • 19:31 07.02.2024
  • Oxunma sayı: 91
Benzema məşqi yarımçıq tərk etdi

"Əl İttihad"ın fransalı hücumçu Kərim Benzema komandasının məşqini tərk edib.

90deqiqe.az "Marca"ya istinadən xəbər verir ki, hadisə fevralın 5-i bazar ertəsi baş verib. Baş məşqçi Marselo Qalardo ondan komandadan ayrı məşq etməyi xahiş etdikdən sonra futbolçu məşqi tərk etmək qərarına gəlib. Bu səbəbdən 36 yaşlı forvard Peşəkar Liqanın "Əl-Tai" ilə oyununda iştirak etməyəcək.

Xatırladaq ki, yanvar ayında Benzemanın Avropaya qayıtmaq istədiyi barədə məlumatlar yayılmışdı.

Benzemanın Səudiyyə Ərəbistanı çempionu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Bu mövsüm "Real Madrid" əfsanəsi bütün turnirlərdə 20 matçda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.







Offside