27 iyul 2024. Şənbə

"Sabah" Kurtinaytisin rəhbərliyi altında ilk məğlubiyyətini aldı

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun açılış oyunu baş tutub.


  • Offside
  • 22:30 07.02.2024
  • Oxunma sayı: 83
"Sabah" Kurtinaytisin rəhbərliyi altında ilk məğlubiyyətini aldı

"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turunun açılış oyunu baş tutub.

90deqiqe.az xəbər verir ki,  günün yeganə matçında "Sabah" və "Neftçi" klubları qarşılaşıblar.

Görüş "ağ-qaralar"ın 101:87 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "bayquşlar"ın Rimas Kurtinaytisin rəhbərliyi altında ilk məğlubiyyəti olub.

Ən məhsuldar basketbolçular "Sabah"dan Mayk Holton (17 xal, 5 asist), "Neftçi"dən isə Alfonso Villis (25 xal, 6 ribaund) olublar.

Qeyd edək ki, 14-cü turun digər oyunları ("Xəzri" - "Şəki", "Sumqayıt" - "Cəlilabad", "Gəncə" - "Sərhədçi", "NTD-İndiqo" - "Xırdalan") fevralın 8-11-i aralığında baş tutacaq.







Offside