- Offside
- 13:25 24.11.2024
Hazırda dünya badminton ictimaiyyətinin diqqəti Bakıdadır.
90deqiqe.az xəbər verir ki, müxtəlif qitələrdən yüzlərlə badmintonçunun qatıldığı, Azərbaycan millisinin geniş heyətlə təmsil olunduğu “Azerbaijan International 2024” turniri tam sürətlə davam edir!
Bakı İdman Sarayında təşkil olunan yarışda 49 ölkədən 300-dən artıq idmançı mübarizə aparır.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə Azərbaycanın 19 badmintonçusu qüvvəsini sınayır. Bunlar Keişa Fatimə Zəhra, Nərmin Hüseynova, Fatimə Həsənzadə, Əminə İsmayılova, Leyla Camalzadə, Aysu Kərimzadə, Viktoriya Kumanyayeva, Era Maftuha, Nəzrin Mehralızadə, Həcər Nuriyeva, Nigar Səmədova, Sərxan Bağırov, Aqil Qabilov, Əli Gözəlov, Vaqif İsmayılov, Cahid Əlhəsənov, Rəvan Niftəliyev, Edi Reski Dviçayo və Dikki Dvi Pangestudur.
Yığma üzvləri 5 kateqoriyanın hər birində təmsil olunurlar. Komandanın aparıcı üzvləri mübarizəyə fevralın 9-da qoşulacaqlar.