- Offside
- 13:25 24.11.2024
Aleksandar Çeferin 2027-ci ildə UEFA prezidentliyi vəzifəsinə namizədliyi ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funskioner, yenidən bu post üçün namizəd olmayacağını bildirib.
“Mən qərar verdim. Mən artıq 2027-ci ildə namizədliyimi irəli sürməyi planlaşdırmıram”, – Çeferin bildirib.
Xatırladaq ki, cümə axşamı, fevralın 8-də UEFA Konqresi sloveniyalı funksionerin ilk prezidentlik müddətinin ləğv edilməsinə səs verib.
Çeferin 14 sentyabr 2016-cı ildə UEFA-nın yeddinci prezidenti seçilib. Sloveniyalı avtomatik olaraq Beynəlxalq Futbol Federasiyasının (FİFA) vitse-prezidenti olub. 7 fevral 2019-cu ildə Çeferin yeni müddətə yenidən seçildi. Onun namizədliyi 55 mümkün səsdən 55-ni toplayıb. 2023-cü il aprelin 5-də UEFA-nın növbəti konqresində Çeferin mübahisəsiz olaraq üçüncü müddətə yenidən təşkilatın rəhbəri seçilib.