- Offside
- 13:25 24.11.2024
“Söz verirəm” kampaniyası 6 nömrəli məktəbdə
90deqiqe.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyanın əməkdaşları Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə 500-ə yaxın şagirdin iştirakı ilə maarifləndirici görüş keçiriblər. Sessiyada şagirdlərlə “Bullying”-ın mənasını, onun potensial riskləri və ona qarşı durmağın əhəmiyyəti müzakirə edilib.
Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlara məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.2107:25