- Offside
- 13:25 24.11.2024
Bu yay "Real Madrid"ə keçəcək "Palmeyras"ın mərkəz hücumçusu Endrik hədəfi ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, 17 yaşlı futbolçu məqsədinin kumir olmaq olduğunu bildirib.
“Məqsədim təkcə bəzi insanlar üçün deyil, ümumiyyətlə hamı üçün kumir olmaqdır: qocalar, kiçik uşaqlar, böyüklər. Komanda yoldaşlarım mənə 17 yaşlı oğlan, yeniyetmə kimi davranmamalıdır... onlar mənə böyüklər kimi davranmalıdırlar”
Xatırladaq ki, Endrik ötən mövsüm bütün turnirlərdə 53 matçda iştirak edib, 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.