- Offside
- 13:25 24.11.2024
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Koşiki Karate-do Federasiyasının Kudo üzrə uşaqlardan ibarət yığma komandası Maltada keçirilmiş Avropa birinciliyində uğurla çıxış edib.
Azərbaycan Karate Federasiyasından (AKF) 90deqiqe.az-a verilən məlumata görə, baş məşqçi Nazim Mövsümzadənin rəhbərliyi ilə yarışa yollanmış 5 idmançımız-Zeynəb Mövsümzadə, MirRauf Əlizadə, Murad Axundov, İsmayıl Nağıyev və Cavid Məmmədov 13 ölkədən olan rəqibləri ilə mübarizə aparıblar.
İdmançılarımızdan 43 kq-dək çəki dərəcəsində çıxış edən Zeynəb Mövsümzadə yarımfinalda Malta, final döyüşündə isə Ukraynadan olan idmançılara qalib gələrək qızıl medala layiq görülüb. 32 kq-dək çəki dərəcəsində mübarizə aparan İsmayıl Nağıyev isə çempionatda nümayiş etdirdiyi ən yaxşı texnikaya görə xüsusi mükafatla (diplom və kubokla) təltif olunub.
Qeyd edək ki, Avropa birinciliyində Azərbaycan 2 hakimlə- Rəşad Quliyev və Sevinc Mövsümzadə ilə təmsil olunub.