27 iyul 2024. Şənbə

Cüdo məşqçilərinə sertifikatlar təqdim olunub - FOTOLAR


  • Offside
  • 21:59 09.02.2024
  • Oxunma sayı: 76
Cüdo məşqçilərinə sertifikatlar təqdim olunub - FOTOLAR

Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi
üzrə seminarının sertifikat təltifetmə mərasimi keçirilib

90deqiqe.az Azərbaycan Cüdo Federasiyasından əldə etdiyi məlumata əsasən xəbər verir ki, tədbirdə xarici ekspertlərin nəzarəti altında 10larda sabiq cüdoçularımız iştirak edirlər.

Seminar Milli Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə təşkil olunub.

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının cüdo məşqçiliyi sertifikatının təltifetmə mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, Baş Katib Azər Əliyev və digər qonaqlar, həmçinin xarici ekspertlər iştirak ediblər.







Offside