24 oktyabr 2024. Cümə axşamı

"Mənim vəzifələrimdən biri Səudiyyə Ərəbistanı çempionatını Avropanın ən yaxşı liqaları səviyyəsinə qaldırmaqdır"

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatından kluba keçdikdən sonra ambisiyalarından danışıb.


  • Offside
  • 23:55 09.02.2024
  • Oxunma sayı: 85
"Mənim vəzifələrimdən biri Səudiyyə Ərəbistanı çempionatını Avropanın ən yaxşı liqaları səviyyəsinə qaldırmaqdır"

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı çempionatından kluba keçdikdən sonra ambisiyalarından danışıb.

90deqiqe.az xəbər verir ki, fransız forvard adıçəkilən liqada təkcə futbolçu kimi deyil, həm də səfir kimi xidmət etdiyini bildirib.

"Səudiyyə Liqasında oynamaq mənim zövq aldığım yeni problemdir. Bu, bir növ müsəlman ölkəsində yaranan uzunmüddətli layihədir. Mən burada təkcə futbolçu kimi deyil, həm də səfir kimi xidmət edirəm.Səudiyyə liqasında artıq güclü oyunçular olsa da, mən Avropadan ən yaxşı oyunçuları cəlb etmək üçün buradayam.Bizim missiyamız çempionatı Avropanın ən güclü liqaları səviyyəsinə qaldırmaqdır”

Xatırladaq ki, Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçmişdi. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb