24 oktyabr 2024. Cümə axşamı

Dünyanın ən yaxşı məşqçiləri - SİYAHI

 "FourFourTwo" nəşri 2010-cu illərdə dünyanın ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.


  • Offside
  • 10:21 10.02.2024
  • Oxunma sayı: 130
Dünyanın ən yaxşı məşqçiləri - SİYAHI

 "FourFourTwo" nəşri 2010-cu illərdə dünyanın ən yaxşı məşqçilərinin siyahısını hazırlayıb.

90deqiqe.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ən yaxşı məşqçi seçilib. 

Kataloniyalı mütəxəssis həm klubların, həm də milli komandaların məşqçilərinin yer aldığı 32 nəfərlik siyahıya başçılıq edir.

Britaniyanın FourFourTwo jurnalına görə 10 ən yaxşı məşqçinin siyahısı

1. Xosep Qvardiola (Barselona, ​​Bayern Münhen, Mançester Siti).
2. Visente del Boske (İspaniya millisi).
3. Aleks Ferqyuson (Mançester Yunayted).
4. Yurgen Klopp (Borussiya Dortmund, Liverpul).
5. Didye Deşam (Marsel, Fransa millisi).
6. Zinəddin Zidan (Real Madrid).
7. Joze Mourinyo (“İnter”, “Real Madrid”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”).
8. Yoahim Löv (Almaniya yığması).
9. Karlo Ançelotti (Çelsi, PSJ, Real Madrid, Bayern Münhen, Napoli, Everton).
10. Dieqo Simeone (Kataniya, Racing Avellaneda, Atletiko Madrid).

Qeyd edək ki, 11-ci yeri Luis Enrike, 12-ci yeri Klaudio Ranyeri, 13-cü yeri Massimiliano Alleqri, 14-cü yeri Antonio Konte, 15-ci yeri Maurisio Poçettino, 16-cı yeri Roberto Mançini, 17-ci yeri Jupp Haynkes, 18-ci yeri Fernado Santi, 18-ci yeri tutub. 20 - Arsen Venger.

Portal Tomas Tuçeli 23-cü, Erik ten Haqı 24-cü, Qaret Sautqeyti 29-cu yerə qoyub.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb