27 iyul 2024. Şənbə

Daha bir badmintonçumuz Bakıdakı turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.


  • Offside
  • 12:54 10.02.2024
  • Oxunma sayı: 65
Daha bir badmintonçumuz Bakıdakı turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.

90deqiqe.az xəbər verir ki, idmançı 1/8 finalda hindistanlı Ora Şarmaya 2:0 (21-14,21-16) hesabı ilə qalib gəlib.

Beləliklə, o, 2200 reytinq xalı da əldə edib.

Badmintonçu yarımfinala yüksəlmək uğrunda Hindistanın digər təmsilçisi Anupama Upadhyaya ilə üz-üzə gələcək.

11:28

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.

90deqiqe.az xəbər verir ki, idmançı 1/8 finalda hindistanlı Govind Krişnaya 2:0 (21-19,21-18) hesabı ilə qalib gəlib.

Beləliklə, batmintonçu 2200 reytinq xalı qazanıb.

O, yarımfinala yüksəlmək uğrunda digər Hindistan təmsilçisi Ayuş Şetti ilə qarşılaşacaq.







Offside