17 iyul 2024. Çərşənbə

Azərbaycan Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib


  • Offside
  • 13:45 10.02.2024
  • Oxunma sayı: 72
Azərbaycan Gimnastika Federasiyasının 14-cü Ümumi Yığıncağı keçirilib

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü Ümumi Yığıncağı keçirilib.

AGF-dən 90deqiqe.az-a verilən məlumata görə, hesabat xarakterli toplantıda İcra Komitəsinin üzvləri, təsisçi qurumların nümayəndələri, federasiya üzvləri və nümayəndələri eləcə də gimnastika növləri üzrə yığma komandaların məşqçiləri və gimnastları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, AGF-nin İcra Komitəsinin üzvü Rauf Əliyev, yığıncaq iştirakçılarını salamlayaraq, idmana və idmançılarımıza daim diqqət və qayğı göstərən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycanda keçirilən seçkilərində yenidən qələbə qazanması münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra ümumi yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

İclasda federasiyanın baş katibinin 2023-cü ildə gimnastika idman növlərində əldə olunan nailiyyətlər, Bakıda keçirilən beynəlxalq yarışlar, bölgələrdə yeni gimnastika bölmələrinin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı video formatda təqdim olunub.

Yığıncaqda AGF-nin ötən il üzrə maliyyə hesabatı da dinlənilib. AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edərək 2023-cü ilin gimnastlarımız üçün uğurlu il olduğunu, qarşıda təmsilçilərimizi daha bir məsuliyyətli olimpiya ilinin gözlədiyini bildirib.

M.Vasileva gimnastika sahəsində əldə olunan nailiyyətlərin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kafedra müdiri Qyurka Qançeva AGF və ADBTİA arasında mövcud olan uğurlu əməkdaşlıqdan söz açaraq, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

AGF-nin Veteranlar Şurasının sədri Elşad Nərimanov veteran gimnastların da federasiya rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Daha sonra 2023-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının qalibi Kamilla Əliyeva, İngiltərənin Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatınınkomanda hesabında qalibləri Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) AGF-nin gümüş medalı ilə təltif olunublar.

Ümumi Yığıncaq rəsmi bağlanışla işini yekunlaşdırıb.







Offside