- Offside
- 23:34 21.12.2025
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun böyük oğlu Kriştiano turnirin bitməsinə üç tur qalmış "Əl-Nəsr"in yeniyetmələrdən ibarət komandası ilə 13 yaşadək futbolçulardan ibarət Səudiyyə Ərəbistanı çempionatının qalibi olub.
90deqiqe.az xəbər verir ki, Ronaldo "Ohud"la matçda (4:1) qol vurub.
“Gənc ulduzlarımızı təbrik edirik! Bizi parlaq gələcək gözləyir!” - 13 yaşlı hücumçunun atasının oynadığı "Əl-Nəsr"in açıqlamasında deyilir.
Kriştiano Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm Ronaldo"Əl-Nəsr"in heyətində bütün turnirlərdə 24 oyun keçirib və 23 qol vurub və 11 məhsuldar ötürmə edib.