20 mart 2026. Cümə

Zidana ağır itki


  • Offside
  • 23:33 13.07.2019
  • Oxunma sayı: 752
Zidana ağır itki

Real'ın baş məşqçisi Zinəddin Zidana ağır itki üz verib.

Corner.az klubun saytına istinadən xəbər verir ki, fransalı mütəxəssisin qardaşı Farid 54 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. O, məhz buna görə Kanadanın Monreal şəhərində hazırlıq prosesində olan komandasının düşərgəsini dünən tərk edib.

Madrid klubu Zidanın qardaşının vəfatı ilə bağlı bugünkü məşqə sükutla başlayıb.







Offside