8 sentyabr 2024. Bazar günü

Dörd Azərbaycanlı idmançı dünya çempionatına vəsiqə qazandı 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard federasiyası tərəfindən keçirilən turnirdə milli yığmanın dörd idmaçısı dünya çempionatına vəsiqə qazanıb.


  • Offside
  • 10:09 12.02.2024
  • Oxunma sayı: 150
Dörd Azərbaycanlı idmançı dünya çempionatına vəsiqə qazandı 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyası tərəfindən keçirilən turnirdə milli yığmanın dörd idmaçısı dünya çempionatına vəsiqə qazanıb.

Azərbaycan Bilyard Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, idmançılar fevralın 27-dən martın 2-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək mundialda Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

Vəsiqə qazananların siyahısı:

1.Ramin Səməndərov
2.Seyhun Ağayev
3.Məmmədov Yahya
4.Azər Hacıyev

ABF-in prezidenti Seymur Məmmədovun sözlərinə görə dünya çempionatında əsas hədəflərinin medal qazanmaq olduğunu söyləyib:

 “İdmançılarımız yarışa yaxşı hazırlaşıblar. Məşqlər hələ də davam edir. Güman edirəm ki, yaxşı nəticə göstərə biləcəyik. Dünya çempionatına Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yollanacağıq”.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda