25 noyabr 2024. Bazar ertəsi

Makqreqorun Veqas istirahəti - VİDEO


  • Offside
  • 13:08 12.02.2024
  • Oxunma sayı: 143
Makqreqorun Veqas istirahəti - VİDEO

Qarışıq döyüş növləri üzrə məşhur irland döyüşçüsü, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor Super Boulla bağlı paylaşım edib.

90deqiqe.Az xəbər verir ki, o, bu idman növünün ABŞ-ın ən böyük idman tədbirlərindən biri olduğunu deyib.

“Super Boul ABŞ-ın ən böyük idman tədbirlərindən biridir, bu yay oktaqona qayıtdıqdan sonra ikincidir. Komandalara uğurlar arzulayıram”, – Makqreqor qeyd edib.

Makqreqor hazırda oktaqona qayıtmağa hazırlaşır. Döyüşçü 2021-ci ilin yayından ABŞ təmsilçisi Dastin Puaryeyə ayağını sındıraraq uduzduğundan bəri yarışa çıxmayıb. Daha əvvəl ulduz İrlandiyalı səkkizbucaqlıda növbəti çıxışının bu il iyunun 29-na planlaşdırıldığını və amerikalı Maykl Çandlerin ona qarşı çıxacağını bildirmişdi.







Offside