22 oktyabr 2024. Çərşənbə axşamı

Neymar "Əl-Hilal"a qayıtdı

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçusu Neymarın zədədən sonra qayıtdığını açıqlayıb.


  • Offside
  • 22:53 12.02.2024
  • Oxunma sayı: 297
Neymar "Əl-Hilal"a qayıtdı

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçusu Neymarın zədədən sonra qayıtdığını açıqlayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ərəbistanı təmsilçisi təcrübəli futbolçunun qayıdışını aşağıdakı şəkildə diqqətə çatdırıb.

“Bizim braziliyalı sehrbazımız Ər-Riyada xoş gəlmisiniz”, - deyə, klubun mətbuat xidmətinin paylaşımında qeyd olunub.

Transfermarkt internet portalının məlumatına görə, braziliyalı 2023-cü ilin avqustunda 90 milyon avroya Fransanın PSJ-sindən "Əl-Hilala" keçib.Lakin artıq 2023-cü ilin oktyabrında Neymar ön çarpaz bağını zədələyib və menisküsü cırıb, bundan sonra əməliyyat olunmuşdu.

Daha sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının yeni müdafiəçi Renan Lodiyə heyətdə yer açmaq üçün 31 yaşlı braziliyalını heyətdən kənarlaşdırdığı bildirilib. Bu mövsüm Neymar beş matçda iştirak edib, burada bir qol vurub və üç məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir və bazar dəyəri 45 milyon avrodur.







Offside