24 oktyabr 2024. Cümə axşamı

Messi Paris Olimpiadasında iştirak edə bilər

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında milli komandaya rəhbərlik edəcək Argentina gənclər yığmasının baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messini komandaya dəvət etməyə hazır olduğunu açıqlayıb.


  • Offside
  • 10:14 13.02.2024
  • Oxunma sayı: 107
Messi Paris Olimpiadasında iştirak edə bilər

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında milli komandaya rəhbərlik edəcək Argentina gənclər yığmasının baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messini komandaya dəvət etməyə hazır olduğunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, o, ulduz oyunçunun Olimpiyadada onlara dəstək olacaqlarını bildirib.

“Mənim Messi ilə münasibətimi, onunla dostluğumu artıq hamı bilir. Onun kimi oyunçu Olimpiya Oyunlarında bizə kömək edə bilər. Aydındır ki, qərar ondan və öhdəliklərindən asılı olacaq”, - ESPN Maskeranodan sitat gətirib.

Reqlamentə əsasən, Parisdə keçiriləcək turnir zamanı yaşı 23-dən çox olmayan futbolçular 2024-cü il Olimpiya Oyunlarında mübarizə apara biləcək. Hər komandanın yaş məhdudiyyəti olmadan 18 nəfərlik heyətə üç oyunçu daxil etmək hüququ var.

Xatırladaq ki, bundan əvvəl Argentina millisi Braziliyaya qalib gələrək 2024-cü il Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb