27 iyul 2024. Şənbə

"Stenli Kuboku"nun son sahibi uduzdu


  • Offside
  • 10:55 13.02.2024
  • Oxunma sayı: 104
"Stenli Kuboku"nun son sahibi uduzdu

90deqiqe.az xəbər verir ki, Stenli Kubokunun son sahibi “Veqas Qolden” “Minnesoto” ilə üz-üzə gəlib. Görüşə sürətli hucumlarla başlayan meydan sahibləri 22-ci saniyədə hesabı açıblar. Conatan Marşesso fərqlənib. Lakin çox keçməmiş Mats Lukkarellonun qolu ilə tarazlığı bərpa edən Sent-Pol kollektivi Coel Eriksonun şaybası ilə də önə keçiblər. Lakin hissənin sonuna yaxın Maykl Amadio yenidən status-kvonu bərpa edib. 2-ci 20 dəqiqəlik müddətdə azarkeşlər qol səsi eşitməsələrdə sonuncu dövrədə 3 şayba qeydə alınıb. Əvvəlcə “Minnesota” kollektivindən Marko Rossi komandasını yenidən önə keçirib. Cəmi 1 dəqiqə sonra Matteo Boldi fərqi 2-ə yüksəldib. Bir qədər sonra Mark Stoun yerli klubun 3-cü qolunu vursa da, son saniyələrdə dubla imza atan Coel Erikson “Minnesota”nın səfərdə 5-3 hesablı qələbəsini rəsmiləşdirib.

Hazırda Qərb Konfransına 76 xala malik “Vankuver” başçılıq edir. Aktivində 73 xalı olan “Boston” isə Şərq Konfransında birincidir.







Offside