- Offside
- 13:25 24.11.2024
NBA-da İndiana Pacers-ə alındıqdan sonra sərbəst buraxılan Furkan Qorxmazın "Beşiktaş"la adının hallandığı iddia edilir.
90deqiqe.az xəbər verir ki, Milli basketbolçu Furkan Qorxmaz 7 ildən sonra yenidən Türkiyədə oynaya bilər.
“Hürriyet”də yer alan məlumatda “İndiana Peysers”ə satıldıqdan sonra sərbəst buraxılan Furkan Qorxmazın “Beşiktaş" Emlakjet”lə görüşmək üçün İstanbula gəldiyi və 4 aylıq müqavilə üçün danışıqların davam etdiyi qeyd edilib.
Furkan Qorxmaz sonuncu dəfə Türkiyənin Bandırma klubunda çıxış edib.