- Offside
- 13:25 24.11.2024
Azərbaycanlı məşhur üzgüçü Ramil Vəlizadə Qətərin paytaxtı Dohada keçirilən Dünya Su İdmanı Çempionatına qatılıb.
90deqiqe.az xəbər verir ki, B kateqoriyalı lisenziya qazanan millinin kapitanı bu gün yarışda öz qüvvəsini sınayacaq. O, əvvəlcə 200 metr məsafəyə batterflyayda çıxış edəcək. Ramil evralın 16-da isə 100 metr məsafədə batterflyay üsulunda mübarizə aparacaq.
Fevralın 2-də startı verilən turnirə hazırda Çin 25 medalla liderlik edir. Çempionatda 190 ölkədən 2600-ə yaxın elit idmançı mübarizə aparır. Dünya Su İdmanı Çempionatına fevralın 18-də yekun vurulacaq.
Qeyd edək ki, Ramil Vəlizadə sonuncu Olimpiya oyunlarında ölkəmizi təmsil etməklə yanaşı, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalının gümüş, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında Avropa çempionatının isə bürünc mükafatçısıdır.