22 dekabr 2025. Bazar ertəsi

Uayt Makqreqorun oktaqona qayıdacağını şərh etdi


  • Offside
  • 14:12 14.02.2024
  • Oxunma sayı: 174
Uayt Makqreqorun oktaqona qayıdacağını şərh etdi

UFC prezidenti Dana Uayt ikiqat promosyon çempionu Konor Makqreqorun uzun müddət olmaması ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, o, irlandiyalı döyüşçü ilə bağlı bunları deyib.

“İlk növbədə, o, qayıda biləcəyiniz ən pis zədələrdən birindən geri qayıdır. Anderson Silva neçə vaxtdır meydandan uzaqdır? Veidman getdiyindən nə qədər vaxt keçib? Bu, hazırda bir nömrəli problemdir. İkincisi, Konor Makqreqorun o lənətə gəlmiş pula ehtiyacı yoxdur. Həbibin pula ehtiyacı yoxdur və o, təqaüdə çıxıb”

Makqreqor hazırda oktaqona qayıtmağa hazırlaşır. Döyüşçü 2021-ci ilin yayından ABŞ təmsilçisi Dastin Puaryeyə ayağını sındıraraq uduzduğundan bəri yarışa çıxmayıb. Daha əvvəl ulduz İrlandiyalı səkkizbucaqlıda növbəti çıxışının bu il iyunun 29-na planlaşdırıldığını və amerikalı Maykl Çandlerin ona qarşı çıxacağını bildirmişdi.







Offside