- Offside
- 23:34 21.12.2025
Ceyson Teytum Bostonun əfsanəsi Larri Bördün rekordunu qırıb
90deqiqe.az xəbər verir ki, "Boston Seltiks"-in hücumçusu Ceyson Teytum yeddi mövsümdə 30dan çox xal toplayan oyunda komandanın əfsanəsi Larri Bördü ötüb . Teytumun hazırda 128 belə oyunu var.
Bird bütün NBA karyerasını Bostonda keçirdi (1979-1992). Teytum peşəkar karyerasına 2017-ci ildə “Seltiks”də başlayıb və o vaxtdan bəri yalnız “Seltiks”də çıxış edib.
Xatırladaq ki, NBA-nın adi mövsümünün son matçında “Bruklin Nets”lə Ceyson 41 xal, 14 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Teytum bu NBA mövsümündə orta hesabla 27,2 xal, 8,5 ribaund və 4,7 assist edir.
"Boston" hazırda Şərq Konfransı liqasının turnir cədvəlində birinci yerdədir.