22 dekabr 2025. Bazar ertəsi

Atletimiz B qrupunda birinci olub


  • Offside
  • 18:52 14.02.2024
  • Oxunma sayı: 271
Atletimiz B qrupunda birinci olub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı üçüncü günü arxada qalıb.

90deqiqe.az xəbər verir ki, Azərbaycan millisinin iki üzvü körpücük üzərinə qalxıb.

67 kq çəki dərəcəsində Tehran Məmmədov və İsa Rüstəmov B qrupunda qüvvəsini sınayıb.

Tehran toplam 275 kq (125+150) nəticə B qrupda 4-cü, İsa isə toplam 299 kq (137+162) nəticə ilə bu qrupda 1-ci olub.
Atletlərimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

Qeyd edək ki, yığmanın ilk cəhdində Nazilə İsmayılova (45 kq) toplam 128 kq (58+70) nəticə göstərib və B qrupunda 3-cü olub.







Offside