22 dekabr 2025. Bazar ertəsi

Mariya Stadnik finala yüksəldi


  • Offside
  • 19:07 14.02.2024
  • Oxunma sayı: 287
Mariya Stadnik finala yüksəldi

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə start verilib.

90deqiqe.az xəbər verir ki, Güləşçilərimizdən 50 kqda Mariya Stadniklə  59 kqda yarışan Alyona Kolesnik çempionata qoşulub. 

1/4 finaldan mübarizəyə başlayan Mariya Stadnikstartda Milana Dadaşova (AİN) ilə görüşüb və tam üstünlüklə qələbə qazanaraq (11:0) yarımfinala vəsiqə qazanıb.

Doqquzqat Avropa çempionumuz finala gedən yolda ukraynalı Oksana Livaçı 17 saniyəyə məğlub edib.

Hazırda Azərbaycanın aktivində 3 medal var: Murad Məmmədov (63 kq) çempion, Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb.







Offside