- Offside
- 20:55 18.12.2025
Məşhur italiyalı mütəxəssis Antonio Konte müasir futbolda dünyanın ən yaxşı məşqçisinin kim olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 54 yaşlı çalışdırıcı bunun “Mançester Siti”yə başçılıq edən Xosep Qvardiolanın olduğunu bildirib.
“Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Onun komandalarına qarşı oynamaq çətindir. Dünyanın ən yaxşı məşqçisi onu dəstəklədiyi və zirvədə qalmaq üçün güclü oyunçulara sərmayə qoyduğu kluba gələndə, bu səviyyədə rəqabət aparmaq çətindir”, - deyə Konte bildirib.
Xatırladaq ki, Pep Qvardiola 2016-cı ildə "Mançester Siti"nin baş məşqçisi olub. Onun ingilis komandası ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Yanvarda məlum olub ki, Qvardiola Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.