25 noyabr 2024. Bazar ertəsi

Ömər Cavadov körpücük üzərinə çıxacaq


  • Offside
  • 10:18 15.02.2024
  • Oxunma sayı: 115
Ömər Cavadov körpücük üzərinə çıxacaq

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin qatıldığı çempionatda artıq 3 idmançımız mübarizəsini yekunlaşdırıb. 

Turnirin ilk günündə Nazilə İsmayılova, 14 fevral tarixində isə Tehran Məmmədov və İsa Rüstəmov körpücük üzərinə qalxıblar. Onlar 67 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.

Tehran toplam 275 kq (125+150) nəticə ilə bu qrupda 4-cü, yekun sıralamada 12-ci olub.

İsa isə toplam 299 kq (137+162) nəticə ilə bu qrupda 1-ci yekun sıralamada isə 5-ci yeri tutub.

Bu gün medal ümidi yüksəkm olan Ömər Cavadov mübarizəyə başlayacaq. Təmsilçimiz 73 kqda B qrupunda mübarizə aparacaq







Offside