24 oktyabr 2024. Cümə axşamı

"İnter Mayami" oyunçuların maaşlarını azaldacaq


  • Offside
  • 17:41 15.02.2024
  • Oxunma sayı: 130
 "İnter Mayami" oyunçuların maaşlarını azaldacaq

Argentinalı hücumçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin rəhbərliyi yaxın günlərdə oyunçularla əmək haqlarının azaldılmasına dair danışıqlara başlayacaq.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, bu addım hazırda MLS-də təqribən 5 milyon avro təşkil edən maaş həddinə uyğunlaşmağa görə atılıb.

Qeyd olunur ki, alternativ olaraq “İnter Mayami”nin rəhbərləri sponsorluq gəlirlərindən əlavə gəlir əldə etməyi düşünə bilər. Amerika klubunun tələb etdiyi dəqiq məbləğ hələlik açıqlanmır.

“İnter Mayami” çox güman ki, MLS qaydalarındakı boşluqdan istifadə edib braziliyalı müdafiəçi Qreqoru satacaq. 29 yaşlı futbolçu, Messi və yarımmüdafiəçi Serxio Busquets ilə birlikdə komandanın limitə tabe olmayan üç “ulduzlu” oyunçusundan biridir.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb