24 oktyabr 2024. Cümə axşamı

Neymar idman zalında məşqlərə başladı - FOTO


  • Offside
  • 20:51 15.02.2024
  • Oxunma sayı: 138
Neymar idman zalında məşqlərə başladı - FOTO

"Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar məşqlərə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə Səudiyyə Ərəbistanından olan komandanın mətbuat xidməti məlumat yayıb.

Transfermarkt internet portalının məlumatına görə, braziliyalı 2023-cü ilin avqustunda 90 milyon avroya Fransanın PSJ-sindən "Əl-Hilala" keçib.Lakin artıq 2023-cü ilin oktyabrında Neymar ön çarpaz bağını zədələyib və menisküsü cırıb, bundan sonra əməliyyat olunub. 

Daha sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasının yeni müdafiəçi Renan Lodiyə heyətdə yer açmaq üçün 31 yaşlı braziliyalını heyətdən kənarlaşdırdığı bildirilib. Bu mövsüm Neymar beş matçda iştirak edib, burada bir qol vurub və üç məhsuldar ötürmə verib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin yayına qədərdir və bazar dəyəri 45 milyon avrodur.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb