- Offside
- 13:25 24.11.2024
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
90deqiqe.az xəbər verir ki, bu gün qadınların yarışına yekun vurulacaq və sərbəst güləşçilər mübarizəyə başlayacaqlar.
62 kq-da mübarizə aparan Birgül Soltanova 1/8 finalda məğlub olduğu üçün bu gün təsəlliverici görüşlərə start verəcək. 65 kq-da yarışan Elis Manolova isə yarımfinalda uduzub və bürünc medal görüşünə çıxacaq.
Bu gün 5 sərbəst güləşçimiz döşəyə çıxacaq. 57 kqda mübarizə aparan İslam Bazarqanov 70 kqda yer alan Kənan Heybətov təsnifatdan yarışa qoşulacaqlar. Onlar müvafiq olaraq Aryan Tsiutrin AIN və Rumıniyalım George Bukurla üz-üzə gələcəklər.
65 kqda qüvvəsini sınayan Əli Rəhimzadə 79 kqda yarışan Orxan Abasov və 97 kqda çıxış edən Maqomedxan Maqomedov 1/8 finaldan mübarizəyə başlayacaqlar.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisi Avropa çempionatında ümumilikdə 8 medal qazanıb. Yunan-Roma güləşçilərdən Nihat Məmmədli, Murad Məmmədov, Həsrət Cəfərov qızıl, Rəşad Məmmədov, Ülvü Qənizadə gümüş, Beka Kandelaki isə bürünc medalı qazanıblar. Qadın təmsilçilərimizdən isə Mariya Stadnik və Alyona Kolesnik qitə çempionu adına sahib çıxıblar.
50 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik finala qədər bütün rəqiblərini üstələyərək həlledici qarşılaşmada Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib. Bu görüşdə də rəqibindən üstün olan Mariya 10-cu dəfə Avropa çempionu olub.