- Offside
- 13:25 24.11.2024
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. 43 ölkədən 402 atletin qatıldığı çempionatda artıq 3 idmançımız mübarizəsini yekunlaşdırıb.
90deqiqe.az xəbər verir ki, turnirin ilk günündə Nazilə İsmayılova, 14 fevral tarixində isə Tehran Məmmədov və İsa Rüstəmov körpücük üzərinə qalxıblar. Onlar 67 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar. Ötən gün isə yeganə təmsilçimiz Ömər Cavadov mübarizəyə başlayıb.
73 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayan atlet yekun sıralamada 9-cu yerin sahibi olub.
Bu gün 2 idmançımız körpücük üzərinə çıxacaq.
81 kqda Ravin Alməmmədov və Fuqan Əliyev yarışa start verəcəklər. Hər iki idmançı B qrupunda mübarizə aparacaq.