- Offside
- 13:25 24.11.2024
İspaniyalı tennisçi Karlos Alkaras Buenos-Ayresdə (Argentina) keçirilən turnirdə yarımfinala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, o, 1/4 finalda İtaliya təmsilçisi Andrea Vavassoriyə (152-ci raketka) 7:6 (7:1), 6:1 hesabı ilə qalib gəlib.
Görüşün müddəti 1 saat 40 dəqiqə olub.
Turnirin yarımfinalında Alkaras çilili Nikolas Harri və argentinalı Tomas Martin Etçeverri arasında keçirilən görüşün qalibi ilə qarşılaşacaq.
Buenos-Ayresdəki turnir fevralın 12-dən 18-dək davam edəcək. Kişilərin fərdi yarışlarında mükafat fondu 642 min dollardır.Turnirin hazırkı qalibi ötən il final görüşündə britaniyalı Kameron Norriyə 6:3, 7:5 hesabı ilə qalib gələn ispan Karlos Alkarsdır.