24 oktyabr 2024. Cümə axşamı

Dövlət qurumlarının əməkdaşları arasında bilyard turniri başlayıb


  • Offside
  • 12:30 17.02.2024
  • Oxunma sayı: 361
Dövlət qurumlarının əməkdaşları arasında bilyard turniri başlayıb

Dövlət qurumlarının əməkdaşları arasında bilyard idman növü üzrə yarışa start verilib.

90deqiqe.az xəbər verir ki, N1 Bilyard klubunda keçirilən yarış Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra dövlət qurumları arasında ilk dəfə bu cür turnirin keçirildiyini deyən Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov yarışın ənənəvi hal alacağını vurğulayıb.

Turnirdə 28 dövlət qurumundan ümumilikdə 63 nəfər iştirak edir.

Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bilyard şarına rəmzi toxunuş etdikdən sonra yarış başlayıb.

Qeyd edək ki, yarışda kişilər "Sərbəst Piramida”  qadınlar isə “Pool-8” növlərində mübarizə aparırlar. Turnirdə Gənclər və İdman Nazirliyi, Energetika Nazirliyi,Dövlət Statistika Komitəsi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Dövlət Reklam Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dəmir Yolları QSC, Standartlaşdırma İnstitutu, Xarici İşlər Nazirliyi, Beynəlxalq Bank, Yerüstü Nəqliyyat Agentliyi, Iqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Xidməti kimi bır sıra dövlət qurumlarının əməkdaşları titul uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, turnir 2 gün davam edəcək. Birinci günün nəticələrinə görə növbəti mərhələyə adlayan şəxslər sabah əsas mükafatlar uğrunda yarışacaqlar.

İlk üç yeri tutan komandaların oyunçuları Gənclər və İdman Nazirliyi tərəfindən diplom və medallarla təltif olunacaq, qaliblərə hədiyyələr təqdim ediləcək. Finala keçə bilməyən yarımfinalçılar isə bürünc medallarla mükafatlandırılacaqlar.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb