- Offside
- 13:25 24.11.2024
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ayağındakı zədədən sağalıb və bu gün xokkey oynayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Pool First” teleqram kanalı məlumat yayıb. Məlumatda, bu gün prezidentin komandası Qrodno vilayətinin komandası ilə qarşılaşacağı qeyd olunub.
Xatırladaq ki, 2024-cü ilin yanvarında Aleksandr Lukaşenko zədə səbəbindən komandasının Mogilev vilayətindən olan rəqibləri ilə xokkey matçını buraxmışdı. Dövlət başçısının sözlərinə görə, o, odun doğrayarkən ayağına 80 kiloqramlıq blok düşüb.
Bundan əvvəl Daşkənddə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Humo Arena” buz sarayına baş çəkib, burada “HC Humo” (Daşkənd) və “HC Nomad” (Astana) arasında Qazaxıstan xokkey çempionatının matçına baxıblar.