24 oktyabr 2024. Cümə axşamı

Dani Alves həbsdən qaçmaq planı baş tutmayıb


  • Offside
  • 16:39 17.02.2024
  • Oxunma sayı: 159
Dani Alves həbsdən qaçmaq planı baş tutmayıb

Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Dani Alvesin ölkəsinə qaçmaq planı baş tutmayıb.

90deqiqe.az xəbər verir ki, bu barədə İspaniyanın “Marka” nəşri həbsdə olan məşhurun kamera yoldaşına istinadən məlumat yayıb.

Bildirilib ki, Alves öncə müvəqqəti azadlığa çıxmağa çıxmaq istəyib. Əsas plan isə bundan sonraya planlaşdırıb. “Sambaçı” ardınca həbsdə olduğu Barselonadan ölkəsinə qaçacaqmış. Lakin o, müvəqqəti azadlığa çıxmaq üçün 3 dəfə müraciət etsə də, rədd cavabı alıb.

Əgər bu plan baş tutsaydı, Alves ölkəsində azadlıqda qalacaqdı. İspaniya ilə Braziliya arasında ekstradisiya müqaviləsi yoxdur, ona görə də Dani Braziliyada axtarışa verilməyəcəkdi.

Qeyd edək ki, Alvesin işi üzrə məhkəmə fevralın 5-7-də keçirilib. Prokurorluq keçmiş futbolçunun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Veteran futbolçu ilə bağlı yekun hökm hələ verilməyib.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb