24 oktyabr 2024. Cümə axşamı

Kamran Nəbizadə Sofiyaya səfər edib


  • Offside
  • 17:13 17.02.2024
  • Oxunma sayı: 166
Kamran Nəbizadə Sofiyaya səfər edib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Bolqarıstanın paytaxtı Sofiyaya səfər edib.

Kamran Nəbizadə burada fevralın 20-dək davam edəcək Avropa çempionatında idmançılarımızın yarışını izləyəcək.

Bu gün isə Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) Konqresi keçirilib. Tədbirdə AAF rəhbərliyi - prezident Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov da iştirak edib. Burada gündəlikdə olan bir çox məsələlər müzakirələr edilib, ağırlıqqaldırma idman növünün bu günü və gələcək perspektivləri diqqətə alınıb, hesabatlar dinlənilib, rəy və təkliflər verilib.

Konqres zamanı AAF prezidenti Kamran Nəbizadə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Mohamməd Caludla görüşüb. Səmimi keçən söhbət zamanı qurumlar arasındakı əlaqələrin möhkəm olduğu və böyük tarixə malik olduğu bildirilib, bu münasibətlərin davam və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmaya böyük maraq və dəstək olduğunu bildirib. O, xüsusilə cənab Prezident İlham Əliyevin ağırlıqqaldırma klubunun açılışında Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğanla birlikdə iştirak etməsi və özünün ştanqı qaldırmasını qeyd edib. Calud bu hərəkətin ağırlıqqaldırmaya nəinki Azərbaycanda, həmçinin bütün dünyada marağın artırılması baxımından möhtəşəm bir təkan olduğunu bildirib və buna görə ona təşəkkürlərini çatdırıb.

AAF prezidenti bildirib ki, Azərbaycan bir idman ölkəsidir və yalnız ağırlıqqaldırma deyil, bütün idman növlərinə dövlət səviyyəsində yüksək diqqət və qayğı var. Bunun nəticəsində idmançılarımız beynəlxalq arenada mütəmadi qələbələr qazanır, bayrağımızı yüksəldirlər. Onların arasında ağırlıqqaldıranlar da var və federasiyamız bu idman siyasətinin, bu uğurların davam etdirilməsi üçün bütün səylərini göstərir. Buraya beynəlxalq qurumlarla münasibətlərin sıxlaşdırılması və inkişafı da daxildir ki, bu proses bundan sonra davam etdiriləcək.

Görüşdən sonra AAF-ın xüsusi hədiyyəsi - üzərində federasiyanın loqosu olan Azərbaycan ipək xalçası Mohamməd Calud və EWF prezidenti Antonio Konflittiyə təqdim edilib.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb