22 dekabr 2025. Bazar ertəsi

Messi yeni mövsümün ilk matçına çıxacaq


  • Offside
  • 20:53 17.02.2024
  • Oxunma sayı: 183
Messi yeni mövsümün ilk matçına çıxacaq

“İnter Mayami”nin futbolçusu Lionel Messi zədəsini sağaldıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xerardo Martino məlumat verib. O, argentinalı ulduzun çempionatın ilk matçında çıxış edə biləcəyini bildirib.

“O, tam sağalıb.Əslində, biz ona tədricən oyun vaxtı veririk. O, demək olar ki, 60 dəqiqə oynadı (Nyuells Old Boyz ilə sparrinq matçında - təqribən). "Düşünürəm ki, o, çempionatın startına hazırdır"

Mayami təmsilçisi yeni mövsümün ilk oyununa fevralın 22-nə keçən gecə çıxacaq. Martinonun rəhbərlik etdiyi komanda "Real Salt Lake" ilə qarşılaşacaq.

Xatırladaq ki, ötən çempionatda “qırmızılar” Şərq konfransı cədvəlində sonuncudan əvvəlki yeri tutmuşdu. Messi daha sonra altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.

 







Offside