- Offside
- 23:34 21.12.2025
Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Qran-pridə 60 kq çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançı ikinci yeri tutub.
Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.