27 iyul 2024. Şənbə

“Böyük Dəbilqə”: Daha bir cüdoçumuz qızıl medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.


  • Offside
  • 17:56 18.02.2024
  • Oxunma sayı: 104
“Böyük Dəbilqə”: Daha bir cüdoçumuz qızıl medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışın son günündə 90 kiloqram çəki dərəcəsində çıxış edən Murad Fətiyev macarıstanlı Krisztian Tothu məğlub edərək fəxri kürsünün birinci pilləsinə qalxıb.

90 kiloqram çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Bu gün, həmçinin millinin digər üzvü - Camal Qamzatxanov (100 kiloqram) qızıl mükafat qazanmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kiloqram) və Zelim Tçkayev (81 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) bürünc medal qazanıblar.







Offside