27 iyul 2024. Şənbə

Tayson Fyuri Usiklə döyüş hazırlığını bərpa etdi


  • Offside
  • 23:05 18.02.2024
  • Oxunma sayı: 116
Tayson Fyuri Usiklə döyüş hazırlığını bərpa etdi

WBC versiyası üzrə ağır çəkidə dünya çempionu britaniyalı Tayson Fyuri WBA, IBF və WBO titullarının sahibi ukraynalı Aleksandr Usiklə döyüş hazırlığını bərpa edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Ümumdünya Boks Şurasının prezidenti Maurisio Süleyman məlumat verib.

“Bu boksdur. Problemlər olur, amma əminəm ki, indi mübarizə daha da böyüyəcək. Hər ikisinin keçməli olduğu məyusluq, bu qədər fədakarlıq, səbr və iş... Sonra bir kəsik üzündən hər şey təxirə salınır.

Onlar artıq zala qayıdıblar. Bir neçə gün əvvəl Taysonla danışdım. O, yaxşıdır və davam etməyə hazırdır, mayın 18-də boks tarixinin ən böyük hadisələrindən biri baş tutacaq”, - deyə “Boxing Social” Süleymanın sözlərindən sitat gətirir.







Offside