20 dekabr 2025. Şənbə

Uayt Pereyranın qalib olmasını şərh etdi


  • Offside
  • 23:52 18.02.2024
  • Oxunma sayı: 157
Uayt Pereyranın qalib olmasını şərh etdi

UFC-nin baş direktoru Dana Uayt qarşıdan gələn UFC 300 turniri haqqında açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Uayt, şounun baş layneri və təşkilatın hazırkı yüngül çəkidə (93 kq-a qədər) çempionu braziliyalı Aleks Pereyra uğur qazanmasında şərh edib.

“Onun iki çəki dərəcəsində belə tez uğur qazanması... Oğlan əsasən bir üsluba sadiq qaldı və bunu burada bacardı. Aydındır ki, Adesanya çempion olanda təsir edici idi, lakin bu oğlan bunu daha sürətli və iki fərqli çəki dərəcəsində bacardı”, - Uayt mətbuat konfransında bildirib.

Xatırladaq ki, UFC 300-də Pereyra ayağından aldığı zədədən sonra qəfəsə qayıtmağa hazırlaşan keçmiş Amerika çempionu Camal Hillə qarşı titulunu qoruyacaq.







Offside