- Offside
- 23:30 19.12.2025
Amerikalı xizəkçi Qus Şumaxer bu gün Minneapolisdə (ABŞ) keçirilən Dünya Kubokunun 11-ci mərhələsində sərbəst yürüşdə qalib gəlib.
90deqiqe.Az-ın məlumatına görə, Şumaxer 40 ildən sonra Dünya Kubokunda qalib gələn ilk ABŞ təmsilçisi olub.
Məsafə yarışında qalib gələn sonuncu amerikalı Olimpiya və Dünya Kubokunun mükafatçısı Bill Koç olub. Onun son qələbəsi 1983-cü il fevralın 12-də Sarayevoda əldə edilib, bundan sonra amerikalı xizəkçilər Şumaxerə qədər Dünya Kubokunda uzun yarışlarda qalib olmayıblar.
Qeyd edək ki, 23 yaşlı Qus Şumaxer üçün bu, karyerasında ilk Dünya Kuboku qələbəsi, amerikalı xizəkçilər üçün isə tarixdə ilk ev qələbəsi olub.