27 iyul 2024. Şənbə

Ulduzlar duelində yeni rekord - VİDEO


  • Offside
  • 11:19 19.02.2024
  • Oxunma sayı: 101
Ulduzlar duelində yeni rekord  - VİDEO

Amerika Milli Basketbol Assosiasiyasında mövsümün ilk ulduzlar qarşılaşması keçirilib.

90deqiqe.az xəbər verir ki, İndianapolisdə baş tutan matçda Şərq Konfransının ulduzlar toplusu ilə Qərb Konfransının ulduz basketbolçuları qarşılaşıblar.

“Qeinbridc Fildhaus” arenasında baş tutan ulduzlar görüşündə ilk periodda Şərq Konfransı təmsilçiləri üstün olub. 53:47. İkinci hissədə isə 9 xallıq fərqlə irəlidə olan Yannis Antetekunbonun kapitanı olduğu şərq ulduzları böyük fasiləyə 104:89 öndə gediblər. 3-cü 12 dəqiqəlik müddətdə Lebron Ceymsin kapitanı olduğu Qərb Konfransı ulduzları xal fərqini azalmağı çalışsalar da, yekunda 47:56 məğlub olub. Sonuncu dövrədə isə minimal fərqlə güclü olan nominal meydan sahibləri 211:186 hesablı qalibiyyət əldə edib. 397 xalın toplandığı matçda 2017-ci ildəki 374 xallıq rekord qırılıb. Qeyd edək ki, Şərqdən Yannis Antetekunbo ilə yanaşı, Tayriz Haliberton, Damien Lillard, Ceysum Teytum, Bem Adebayo, Donavan Mitçell, Qərbdən isə Lebron Ceymslə yanaşı, Şey- Qilces Aleksandr, Kevin Durant, Luka Donçiç, Nikola Yokiç, Stefan Karri kimi basketbolçuların olduğu oyunun ən məhsuldar üzvü 50 xal, 8 ribaund və 3 assistlə Qərb ulduzlarından Karl Entoni Tauns olub.







Offside