24 oktyabr 2024. Cümə axşamı

Canaşiya “Barselona”nı Xviça üçün əla seçim hesab edir


  • Offside
  • 14:45 19.02.2024
  • Oxunma sayı: 128
Canaşiya “Barselona”nı Xviça üçün əla seçim hesab edir

Moskva “Lokomotiv”inin sabiq hücumçusu Zaza Canaşiya “Napoli”nin yarımmüdafiəçisi Xviç Kvaratsxeliyanın “Barselona”ya keçmə ehtimalı haqda açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, 48 yaşlı keçmiş futbolçu gürcü oyunçu üçün kataloniyalılara keçməyin düzgün seçim ola biləcəyini bildirib.

“Əlbəttə, bu, Xviça üçün əla seçimdir. “Barselona” ən yaxşı klubdur. Düşünürəm ki, o, İspaniya çempionatında çıxış etməyə hazırdır. Bəli, "Barselona" hazırda çox yaxşı görünmür, amma ona görə də onu istəyirlər. Bu yaxşıdır”

Bu mövsüm Kvaratsxeliya bütün turnirlərdə 31 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 80 milyon avrodur.Kvaratsxeliyanın neapollularla cari əmək müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb