27 iyul 2024. Şənbə

Santyaqo Bernabeuda UFC turniri keçiriləcək?


  • Offside
  • 15:57 19.02.2024
  • Oxunma sayı: 84
Santyaqo Bernabeuda UFC turniri keçiriləcək?

UFC prezidenti Dana Uayt məşhur Santyaqo Bernabeu futbol stadionunda yüksəliş turnirinin keçirilməsinin mümkünlüyü ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki,o, adıçəkilən stadionda turnirin keçirilməsinin mümkün ola biləcəyini bildirib.

“Santyaqo Bernabeuda turnir mümkündürmü? Onun tutumu nə qədərdir? 80.000, yaxşı, mümkündür. Yaxşı fikir. Bu mənim xoşuma gəlir”, - deyə UFC prezidentinin sözlərini Marca sitat gətirir.

Qeyd edək ki, "Santyaqo Bernabeu"da ev oyunlarını "Real Madrid" keçirir. Daha əvvəl promoşunun yeni yüngül çəki çempionu İlia Topuria İspaniyanın paytaxtında məşhur arenada döyüşmək istədiyini bildirmişdi. Topuriya UFC 298-də Avstraliya təmsilçisi Aleksandr Volkanovskini məğlub edərək Dana White liqa çempionu olub. O, ikinci raundda nokautla qalib gəlib.







Offside